Türkiyədə koronavirusdan sağalanların sayı 5,39 milyonu ötüb


Dünya 25 İyn 2021 08:17:00 150 0

Türkiyədə koronavirusdan sağalanların sayı 5,39 milyonu ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 59 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 417 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 5 703 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 393 248 nəfərə çatıb.