"AmCham" Azərbaycanda işgüzar mühitin təkmilləşməsi üçün atılan addımları dəstəkləyir


Digərləri 25 İyn 2021 08:06:00 135 0

"AmCham" Azərbaycanda işgüzar mühitin təkmilləşməsi üçün atılan addımları dəstəkləyir

Amerika Ticarət Palatasının (AmCham) 2021-ci ildə Azərbaycandakı əsas fəaliyyət istiqamətlərindən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı olacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "AmCham"ın prezidenti Nuran Kərimov deyib.

"AmCham"ın prezidentinin sözlərinə görə, postpandemiya dövründə "AmCham"ın qarşısında duran əsas vəzifə ölkə iqtisadiyyatının bərpasında hökumətin siyasətini dəstəkləməkdir.

N.Kərimov bildirib ki, "AmCham" "Ağ sənəd" (White paper) də daxil olmaqla bütün layihə və təşəbbüslərin həyata keçirilməsində İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlığa hazırdır.

O, qeyd edib ki, "AmCham" sahibkarları ümumi maraqlar üzrə birləşdirən və dəstəkləyən unikal təşkilatdır:

"Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin aradan qaldırılması məqsədilə biz hökumətin həyata keçirdiyi və müsbət nəticələr vermiş tədbirləri qiymətləndirmişik. İnanırıq ki, "AmCham" üzvləri tərəfindən "Ağ sənəd" çərçivəsində hazırlanmış təkliflərin həyata keçirilməsi Azərbaycandakı iqtisadi islahatlara daha bir töhfə olacaq".

"AmCham" rəhbəri özəl sektordakı əhval-ruhiyyə və biznes mühitdəki dəyişikliklər barədə hökumətə məlumat verilməsinin vacibliyini qeyd edib.