Çexiyada tornado ciddi fəsadlar törədib, ölənlər var


Dünya 25 İyn 2021 07:55:00 151 0

Çexiyada tornado ciddi fəsadlar törədib, ölənlər var

Çexiya Respublikasının cənub-şərqində ən azı yeddi yaşayış məntəqəsi tornado nəticəsində qismən dağıdılıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə televiziyası məlumat verib.

Məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlər var, lakin onların sayı dəqiqləşdirilməyib. 150 ​​nəfərin xəsarət aldığı bildirilir.