Azərbaycan ŞimalCənub marşrutunun Hindistan limanı ilə əlaqələndirilməsində strateji rol oynayır


Digərləri 25 İyn 2021 07:34:00 141 0

Azərbaycan ŞimalCənub marşrutunun Hindistan limanı ilə əlaqələndirilməsində strateji rol oynayır

Azərbaycanın coğrafi mövqeyi Şimal-Cənub marşrutunun Hindistanın Nava Şeva limanı ilə əlaqələndirilməsində strateji və həlledici rol oynayır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvana bildirib.

Onun sözlərinə görə, Azərbaycan Astaradan (Azərbaycan) Rusiyaya gedən dəmir yolu daxil olmaqla, infrastruktur baxımından ən hazırlıqlı ölkələrdən biridir.

"Yüklər Rusiyadan, Azərbaycandan keçir və İran üzərindən tranzitlə Hindistana çatır", - Vanlalvavna deyib.

Öz növbəsində Hindistan şirkəti "GLOBAL EXPRESS MULTILOGISTICS PVT LTD" və Hindistan Ekspeditor birlikləri federasiyasının sədri Şankar Şinde ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Yüklərin beynəlxalq daşınmasına dair gömrük konvensiyasına əsaslanaraq və Hindistan hökumətinin təşəbbüsləri nəticəsində yüklərin rahat hərəkətini təmin etmək mümkün olduğunu qeyd edib.

"Azərbaycanın strateji mövqeyi şərq dəhlizində yeni imkanlar açdığından, Şimal-Cənub nəqliyyat dəhlizində mühüm oyunçudur", - Şinde bildirib.

Xatırladaq ki, ötən gün "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin aktivləşdirilməsi: Azərbaycanın rolu" mövzusunda onlayn görüş keçirilib, burada infrastruktur layihələri və yüklərin cəlb edilməsi tədbirləri müzakirə olunub.

Görüşdə Azərbaycan İqtisadiyyat Nazirliyi, Hindistan Ticarət Palatası, Hindistanın Azərbaycandakı səfirliyi, Hindistan Ekspeditorlar Birliyi, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisələri - ADY Konteyner və ADY Express nümayəndələri iştirak ediblər.