Ağcabədi sakinindən silahsursat götürülüb


Digərləri 25 İyn 2021 02:24:00 173 0

Ağcabədi sakinindən silahsursat götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, bu barədə Ağcabədi RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman 1 ədəd "TT" markalı tapança, həmin silaha məxsus 2 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.