Almanlar planetin xilas yolunu qatarlarda görür


Digərləri 25 İyn 2021 00:46:00 185 0

Almanlar planetin xilas yolunu qatarlarda görür

Almaniya planetimizi bəşəriyyətin mənfi təsirlərindən qurtarmaq üçün yeni yol tapıb. Belə ki, "Deutsche Bahn" (DB) milli dəmir yolu operatoru adi dəmir yolu şəbəkəsinin genişləndirilməsi sayəsində daha çox insanı avtomobillərdən qatarlara köçürməyi planlaşdırdığını açıqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" xəbər verib.

Bildirilir ki, Almaniyada önümüzdəki illərdə dəmir yolunun ölkə daxilində uzun illərdir istifadə olunmayan 20 hissəsi açılacaq. Hökumət dizel mühərrikləri ilə işləyən minik və yük avtomobillərindən daha çox ekoloji cəhətdən təmiz nəqliyyatın gücünü artırmağı düşünür.

"Biz insanların diqqətini dəmiryoluna cəlb etmək və relslərə daha çox yük daşımaq istəyirik. Marşrutun hər kilometrinin məqsədi iqlimin aktiv şəkildə qorunmasıdır", - deyə DB-dən bildirilib.