Ticariiqtisadi əlaqələr AzərbaycanUkrayna münasibətlərinin inkişafında hərəkətverici qüvvədir


Siyasət 24 İyn 2021 23:56:00 153 0

Ticariiqtisadi əlaqələr AzərbaycanUkrayna münasibətlərinin inkişafında hərəkətverici qüvvədir

Azərbaycanla Ukrayna arasındakı ticari-iqtisadi əlaqələr ikitərəfli münasibətlərin inkişafının hərəkətverici qüvvəsidir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan Ukrayna-Azərbaycan İşgüzar Şurasının birgə iclasında deyib.

Onun sözlərinə görə, işgüzar şuranın yaradılması və ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi biznesin inkişafına kömək edəcəkdir.

"Bu münasibətlərin inkişafı tərəfdaşlıq, dövlətlərarası əlaqələr və biznes-assosiasiyalar vasitəsi ilə baş verir. Bundan əlavə, strateji tərəfdaşlıq sürətlənir və bugünkü görüş Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı hökumətlərimizin qoyduğu təməlli əsasların davamıdır", - səfir deyib.

Diplomat eyni zamanda bu şuranın yaradılmasının iki ölkənin ticarət fəaliyyətinə əminlik verəcəyinə inanır.

"Dövlətlərimizin bütün müstəqillik tarixində, Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı ən böyük forum - Azərbaycan-Ukrayna işgüzar forumu keçirildi. Bu hadisə giriş xarakteri daşıyırdı və bugünkü konfransı fərdi sənayelərdə , sektoral adlandırmaq olar", - deyə V.Kanevski əlavə edib.