Qırğızıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək


Siyasət 24 İyn 2021 22:54:00 135 0

Qırğızıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

"Qırğızıstan-Azərbaycan əməkdaşlığının aktual məsələləri barədə fikir mübadiləsi aparıldı, nazir R. Kazakbayevin Azərbaycana gözlənilən səfəri də daxil olmaqla yüksək səviyyələrdə təmasların cədvəli müzakirə edildi", - məlumatda deyilir.

Qeyd olundu ki, tərəflər siyasi, diplomatik, iqtisadi-ticarət, sosial, humanitar və digər sahələrdə aktiv praktik qarşılıqlı əlaqələri davam etdirməyə hazır olduqlarını bildirdilər.