Safurə qayıdır: "Həyat yoldaşım dəstəkləyir"


Şou-biznes 24 İyn 2021 18:48:00 171 0

Safurə qayıdır: "Həyat yoldaşım dəstəkləyir"

"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva sənətə qayıdır.

Son.az axşam.az-a istinadən xəbər verir ki,  müğənni bu haqda "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. O bildirib ki, yeni klip, albom hazırlayıb:

"Ailə qurdum, səhnədən getdim. Yeni idim, uşaqlar, ailə, çətin idi. Klip gün tələb edir, uşaqlarla çətin olurdu. İndi övladlarım böyüyüb, rahat dəlib gedirəm.

Yoldaşım da dəstəklədi. Dəstəkləməsəydi, davam etməzdim. Onun dəstəyi ilə qərara gəldim və qayıtdım".

Safudə bildirib ki, albomunda yer alan "Ağla" adlı lirik mahnısını ekranlaşdırır. İfaçı Türkiyuədə də mahnılar təqdim edəcəyini deyib.