Altsheymer xəstəsi arvadına evlənmə təklifi etdi


Digərləri 24 İyn 2021 09:54:00 214 0

Altsheymer xəstəsi arvadına evlənmə təklifi etdi

56 yaşlı altsheymer xəstəsi Piter Marşal evli olduğunu unudub və həyat yoldaşı Lizaya yenidən evlilik təklif edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Altsheymer xəstəsi olan Piterin 2021-ci ilin yanvarından etibarən yaddaşı ilə bağlı ciddi problemləri yaranıb. O, televiziyada toyla bağlı görüntüləri gördükdən sonra həyat yoldaşına evlilik təklif edib.

"Bu, çox dəhşətli idi, lakin mən pozitivliyimi qorumaq üçün hər şeyi etdim", - deyə Liza Marşal bildirib.