Ceyhun Bayramov Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb


Siyasət 24 İyn 2021 09:59:00 76 0

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb

İyunun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb.

Qonaqları səmimi salamlayan səudiyyəli nazir ölkəmizə səfərlərini və dövlətimizin başçısı cənab İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında dövlət başçıları səviyyəsndə münasibətlərə toxunaraq, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və əməkdaşlığın digər sahələrdə də inkişafının vacibliyini vurğulayıb. Nazir əməkdaşlığın inkişafında Hökumətlərarası Müştərək Komissiyanın rolunu qeyd edərək, Komissiyanın 2019-cu ilin mart ayında Bakıda keçirilən son iclasının uğurlu olduğunu vurğulayıb. O, iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün böyük potensialın olduğunu bildirən nazir, bu sahədə əməkdaşlığın fəallaşdırılmasınln vacibliyini qeyd edib.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov qeyd olunan sahədə pandemyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.

Xalid Əl-Falih ölkəsinin enerji naziri qismində Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdıraraq, ölkəmizin turizm imkanlarına toxunmuş hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edərək, sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirərək, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edərək, Azərbaycan - Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Altsheymer xəstəsi arvadına evlənmə təklifi etdi like
  • 24 İyn 09:54  
Digərləri Altsheymer xəstəsi arvadına evlənmə təklifi etdi

56 yaşlı altsheymer xəstəsi Piter Marşal evli olduğunu unudub və həyat y

arrow Ətraflı
Lənkəran sakini qohumlarını öldürdü like
  • 24 İyn 09:49  
Kriminal Lənkəran sakini qohumlarını öldürdü

İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri

arrow Ətraflı
Murat Boz seriala çəkilir like
  • 24 İyn 09:44  
Şou-biznes Murat Boz seriala çəkilir

Türkiyəli məşhur müğənni Murad Boz  tanınmış aktrisa Tuba Büyüküst

arrow Ətraflı
“Palatka” toyu bu qaydalarla keçirilə bilər like
  • 24 İyn 09:42  
Digərləri “Palatka” toyu bu qaydalarla keçirilə bilər

Daxili İşlər Nazirliyi "palatka" toylarının necə təşkil edilm

arrow Ətraflı
Şeyma Subaşı övladını itirdi like
  • 24 İyn 09:29  
Şou-biznes Şeyma Subaşı övladını itirdi

Misirli milyarder sevgilisi Mohammed Alsaloussidən hamilə olan Türkiyənin m

arrow Ətraflı
Azərbaycanda generala ağır itki üz verdi like
  • 24 İyn 09:24  
Digərləri Azərbaycanda generala ağır itki üz verdi

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının keçmiş rəisi, Polis gener

arrow Ətraflı
Adı qalmaqallarda hallanan məşhur müğənninin yeni imici like
  • 24 İyn 09:21  
Şou-biznes Adı qalmaqallarda hallanan məşhur müğənninin yeni imici

Rusiyalı qalmaqallı müğənni, aparıcı Olqa Buzova imicini dəyişib.

arrow Ətraflı
ÜSTdən koronavirusun yeni növləri barədə like
  • 24 İyn 09:17  
Dünya ÜSTdən koronavirusun yeni növləri barədə

Dünyada koronavirus infeksiyasının yeni ştammları meydana çıxmağa və ya

arrow Ətraflı
Bakıda yollarda sıxlıq yarandı like
  • 24 İyn 09:12  
Digərləri Bakıda yollarda sıxlıq yarandı

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt və Bakıətrafı ərazilərdə tıxac

arrow Ətraflı
Qadınlar necə kişilərdən xoşlanırlar? like
  • 24 İyn 08:59  
Digərləri Qadınlar necə kişilərdən xoşlanırlar?

Kişilər qadınlara yataqda istədiklərini versələr qadınlar onları xoşb

arrow Ətraflı
Asan Ərikli Piroq like
  • 24 İyn 08:57  
Digərləri Asan Ərikli Piroq

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Varlı və uğur qazanan adamların vərdişləri like
  • 24 İyn 08:55  
Digərləri Varlı və uğur qazanan adamların vərdişləri

Hər işində uğur qazanan adamlar yuxudan erkən dururlar. Sübh vaxtı yuxuda

arrow Ətraflı
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var  FOTO like
  • 24 İyn 08:53  
Digərləri Bakıda iki avtomobil toqquşub, xəsarət alan var FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. Son.az APA-ya

arrow Ətraflı
Naqqa balığının insan orqanizminə faydaları like
  • 24 İyn 08:51  
Digərləri Naqqa balığının insan orqanizminə faydaları

Naqqa balığı ən hiyləgər və axtardığını tapmağa cəhd göstərərn b

arrow Ətraflı