Bakıda yollarda sıxlıq yarandı


Digərləri 24 İyn 2021 09:12:00 163 0

Bakıda yollarda sıxlıq yarandı

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt və Bakıətrafı ərazilərdə tıxac yaranan yolların siyahısını açıqlayıb.

Agentlikdən Son.az-a verilən məlumatda bildirilir ki, Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsin istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi - (Əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti - (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq yaranıb.