Bakıda avtomobilin vurduğu Şirvan sakini komaya düşüb


Digərləri 24 İyn 2021 08:28:00 123 0

Bakıda avtomobilin vurduğu Şirvan sakini komaya düşüb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Orxan Dəmirov yolu keçərkən onu avtomobil vurub.

O, komaya düşüb və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.