Zaqatalada ağır qəza Ölən var


Digərləri 23 İyn 2021 17:18:00 209 0

Zaqatalada ağır qəza  Ölən var

Zaqatalada mikroavtobusla motosiklet toqquşub, bir nəfər ölüb, xəsarət alanlar var.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Qandax marşutu ilə hərəkət edən mikroavtobus qoşqulu motosikletlə toqquşub. Qəza zamanı mikroavtobusda olan bir nəfər şərnişin aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Motosikletin sürücüsü, sərnişini və mikroavtobusda olan sərnişinlərdən xəsarət alanlar var. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.