Cavanşir sərt tənqid olundu: "Bu adam hiss etmir ki, səsi yoxdur?!"


Şou-biznes 23 İyn 2021 16:06:00 144 0

Cavanşir sərt tənqid olundu: "Bu adam hiss etmir ki, səsi yoxdur?!"

Müğənni Cavanşir Məmmədov "Xəbər-ətər" proqramında qonaq olub. O, verilişdə "Sevgimin dadı" adlı mahnını canlı ifa edib.

Son.az sherq.az-a istinadən xəbər verir ki,   müğənninin  ifası sosial şəbəkələrdə xoş qarşılanmayıb.  Onu sərt tənqid ediblər.

Məsələn, Atif Əkbərov adlı izləyici "Bu adam hiss etmir ki, səsi yoxdur? Biz niyə bu gündəyik?  Səsi olanlar allah bilir nə işlə məşğuldur" rəyini yazıb.

Rövşən Fərzəliyev isə "Soruşsan ki, toya neçəyə gedirsən? Deyəcək, 5 minə"  kommentini əlavə edib.