Qarabağlı ermənilərin bir yolu var:


Siyasət 23 İyn 2021 15:48:00 183 0

Qarabağlı ermənilərin bir yolu var:

Artıq ikinci gündür ki, qarabağlı ermənilər Xankəndidə etiraz aksiyaları keçirirlər. Onlar şəhər mərkəzinə toplaşır, separatçı rejimin "lider"i Araik Arutyanyanın istefasını tələb edirlər.

A.Arutyunyan dünən İrəvandan təcili Xankəndiyə qayıdaraq aksiyaçıların qarşısına çıxıb.

O, ilk əvvəl Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərpi günü Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" blokunun seçki qərargahında olması məsələsinə aydınlıq gətirməyə çalışıb.

"Orada olmağımı yanlış şərh ediblər. İrəvanda "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyanla, sabiq baş nazir Qrant Baqratyanla, Aram Sarqsyanla, "Maariflənmiş Ermənistan"ın sədri Edmon Marukyanla, habelə Samvel Babayanla və başqaları ilə görüşdüm. Neytral qaldım, bütün görüşləri seçkilərdən sonra keçirdim", - Araik Arutyanyan deyib.

Daha sonra o, vəcdə gələrək bəyan edib ki, sən demə, "Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq Qarabağ bütün erməniləri birləşdirən amil kim qalmalıdır": "Ermənistandakı bütün siyasi qüvvələri Qarabağa, gələcəyi mühakirə etməyə dəvət edirmə. Məni fəaliyyətsizlikdə və satqınlıqda suçlamaq əssassızdır. Qaçmamışam, qaçmıram və qaçmaq niyyətim də yoxdur".

Xankəndində etiraz aksiyalarının spontan, təsadüfi olduğunu düşünmək sadəlövhlükdür. Bu "etiraz aksiyası"nın ssenari müəllifi, təşkilati və maliyyə mənbəyi Ermənistanın sabiq prezidenti Robert Köçəryandır.

Qarabağdakı separatçı xuntanın "Təhlükəsizlik Şurası"nın rəhbəri olan Vitali Balasanyan indi Robert Köçəryanın Xankəndinə qayıdışını legitimləşdirmək və bu prosesin zəruri ilkin hazırlıqlarını başa vurmaq niyyətindədir.

Ermənistanda eyniadlı seçki bloku ilə parlament seçkilərində fiaskoya uğrayan R.Köçəryan da son açıqlamalarında qarabağlı ermənilərdən daha çox danışmağa başlayıb.

Köçəryanın nəzarətindəki media-resurslar, xüsusilə də Telegram kanalları üç sutkadan bəri Xankəndidəki aksiyalara çox geniş yer ayırır, şərhlər edir, Ermənistan vətəndaşlarını "haqq səsini ucaldan qarabağlı ermənilərə dəstək verməyə" çağırırlar.

Proeslərdə yeni, qeyri-adi heç nə yoxdur.

Həddən ağır iqtisadi-sosial problemlərlə üzləşmiş qarabağlı ermənilərin sabaha ümidi yoxdur.

Rusiyanın sülhməramlı kontingentinin rəhbərliyi ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan bəri Ermənisdan Xankəndinə 57 mindən artıq qarabağlı erməninin qayıtdığını bəyan etsə də, reallıq tam fərqlidir.

İkinci Qarabağ Müharibəsinin sonucları və Ermənistanın kapitulyasiyaya uğraması nəticəsində inzibati ərazilərinin 75 faizini itirdiklərini vurğulayan qarabağlı ermənilər indi sadəcə, rusiyalı sülhməramlıların ümidinə qalıblar.

Onlar rusiyalı hərbçilərin mütəmadi payladıqları humanitar yardımların və müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının ianə qismində yolladıqları pulların ümidinə qalıblar.

Qarabağlı ermənilər qarşısıalınmaz şəkildə, sürətlə rusiyalı sülhməramlıların xidmətçi personalına çevrilməkdədir.

Üstəlik, İkinci Qarabağ Müharibəsində ərlərini itirmiş minlərlə qarabağlı erməni qadın 1950 rus hərbçinin mövcudluğu amili ilə üzbəüz qalıblar. Bu amil ac, işsiz, övladlarını təmin etmək və böyütmək zərurətinin yaratdığı çətinliklərlə qarşılaşan erməni qadınları heç asan olmayan mənəvi seçim qarşısında qoyublar.

Belə davam edərsə, bir müddət sonra Xankəndidə sarışın, mavi gözlü erməni uşaqların sayı sürətlə artacaq.

Bəhs etdiyimiz situasiyada, Robert Köçəryanın Qarabağdakı ermənilərdən növbəti dəfə sui-istifadə etmək və yararlanmaq cəhdlərinin aktivləşdiyi situasiyada Araik Arutyanın öz planı var.

O, bütün göstəriş və əmrlərini dərhal, sədaqətlə yerinə yetirdiyi Nikol Paşinyanın yeni tapşırığını reallaşdırmaq üçün Ermənistanın Sünik (Zəngəzur) vilayətinin qubernatoru olmağa hazırlaşır.

Bunun üçün, tutduğu postdan istefa verəcək.

A.Arutyanyanın "səlahiyyət"lərinin 2025-ci ildə başa çataacağını və ən başlıcası, qarabağlı ermənilərin bundan sonra heç bir halda, heç bir vəchlə "prezident seçkiləri" keçirə bilməyəcəklər.

Seçkilərin keçirilməməsi isə Xankəndidəki separatçı rejimin sonu deməkdir.

Ermənistandakı revanşist qüvvələr və Köçəryanın Xankəndindəki kreaturaları əksini reallaşdırmaq istəsələr, beynəlxalq hüququn normal və prinsiplərinə uyğun olaraq Azərbaycan ordusu hazırda rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə antiterror əməliyyatı keçirə bilər.

Robert Köçəryanın fərqli ssenariləri, Araik Arutyunayanın "siyasi çırpınma"larısa sadəcə, bu prosesi tezləşdirə bilər.

Orxan Hun Son.az