Məşhur aktyorlar ortaq biznesə başlayır


Şou-biznes 22 İyn 2021 04:15:00 202 0

Məşhur aktyorlar ortaq biznesə başlayır

Türkiyəli məşhur aktyorlar, iki yaxın dost Çağatay Ulusoy və Kıvanç Tatlıtuğ ortaq biznesə başlayırlar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onlar Tekirdağda bir biznesmenin "Şərab kəndi" yaratmaq üçün aldığı torpağın 10 ha ərazisini alıblar.

Məşhurlar burada öz şərablarını istehsal edəcəklər.

Onlar ilk bir neçə il özləri üçün üzüm yetişdirib şərab hazırlayacaqlar. Sonradan mütəxəssislərdən keçərli qiymət alarsa öz bağlarından istehsal etdikləri şərabları markalaşdıracaqlar.