12 yaşlı qız intim FOTOsuna görə məhkəməlik oldu


Digərləri 21 İyn 2021 23:30:00 201 0

12 yaşlı qız intim FOTOsuna görə məhkəməlik oldu

12 yaşlı qız məhkəmə önünə çıxıb.

Son.az bildirir ki, buna səbəb qızın öz intim fotosunu pedofilə göndərməsi göstərilir. Məlumatı "The Sunday Mirror" qələmə alıb.

Zərərçəkmişin anası güc strukturlarının bu hərəkətlərini absurd adlandırır və əsaslandırır ki, qız öz fotosunu pozğuna təzyiq altında göndərib. Lakin polisdən bildirilir ki, o, ədəbsiz şəkillərin yayılmasında ittiham edilərək, məhkəmə önünə çıxıb.

Eyni zamanda Cinayətlərlə Mübarizə üzrə Milli Agentlik də xəbərdarlıq edib ki, nalayiq şəkillərin yayılması üçün cəza hətta uşaqların da üzərinə düşür. Qanun qanundur, lakin bir halla agentliyin mütəxəssisləri razıdır ki, hüquq-mühafizə orqanları əməkdaşları sağlam düşüncəni rəhbər tutmalı və həddi-büluğa çatmamış uşaqları bu cür hərəkətlərinə görə məsuliyyətə cəlb etməməlidirlər.

Qızın anası qanundan xəbərsiz olaraq polisə müraciət etdiyinə görə peşiman olub. Onun sözlərinə görə, naməlum şəxs İnstaqram vasitəsilə onun qızı ilə əlaqə qurub və topless fotosunu göndərməyə məcbur edib. Hazırda zərərçəkmiş mümkün ittihama görə güclü stress keçirir.

Zaur Həsənəliyev Son.az