"Təbii gözəl özüməm, hamısı əməliyyatlıdır" Əməkdar artist VİDEO


Şou-biznes 21 İyn 2021 19:42:00 147 0

"Təbii gözəl özüməm, hamısı əməliyyatlıdır"  Əməkdar artist  VİDEO

"Gülzar Qurbanova, müğənnilərdən mən. Təbii gözəl mənəm. Anadan necə doğulmuşam elə də oturmuşam".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "ATV maqazin onlarla" proqramında deyib. O, "Azərbaycan şou-biznesində gözəl saydığınız 3 ad deyin" sözlərinə belə cavab verib:

"Hamısı əməliyyatdıdır. Həm xarici, həm daxili gözəllik Allahdan olmalıdır. Nisə Qasımova, Brilliant Dadaşova, Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Natavan Həbibi, Elnarə Xəlilova əməliyyat edib. Hər yaşın öz tələbləri var. Hamısı bu bağçanın gülləridir. Almaz Ələsgərli əsl xanımdır. Onlar artıq simadırlar. Ehtiyac varsa, əməliyyat etmək olar. Amma məsləhət görərdim ki, etməsinlər. İstərdim ki, bir uşağı görəndə deyim, nənəsinə oxşayır. İndi amma hamısı bir-birinə oxşayır".