"Azərbaycan Rəqs Çempionatı 2021" müsabiqə keçirilib


Digərləri 21 İyn 2021 17:40:00 169 0

"Azərbaycan Rəqs Çempionatı 2021" müsabiqə keçirilib

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası təşkilatçılığı ilə "Azərbaycan Rəqs Çempionatı 2021" adlı  qiyabi rəqs müsabiqə keçirilib. 10 maydan 13 iyuna kimi qeydiyyatı baş tutan yarışmanın, 21 iyun artıq cavabları açıqlanıb.

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti üzvü Əziz Əzizov deyir: "Müsabiqənin keçirilməsinin əsas məqsədi müxtəlif rəqs növlərində pandemiya vaxtı online çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsi, sağlam həyatın təşviqi və uşaqların, yeniyetmələrin və gənclərin müxtəlif rəqs növləri ilə məşğulluğa cəlb olunmasıdır. Pandemiya ilə bağlı virtual də olsa yarışları keçiririk ki, gənclər həvəsdən düşməsin, sənət sahələrində irəliləməyə davam etsinlər. Karantin şəraitində belə öz tələbələrinə qarşı biganə qalmayan müəllim heyətinə təşəkkür edirik. Hər kəsə uğurlar arzulayırıq "

Müsabiqə solo və duet, kiçik qrup nominasiyaları üzrə keçirilib. Müsabiqəyə regionlardan və Bakıdan iştirakçılar qatılıb. Qaliblərin siyahısı: Para dance: Formation - Baby - Bumblebee Dance Studio (Br: Aysu Cəbiyeva)

Show dance: Small group - Child - Həyat rəqs qrupu  (Br: Nigar Bağırova) Formation - Child - Həyat rəqs qrupu  (Br: Nigar Bağırova) Small Group - Yunior - Alov rəqs kollektivi (Br: Səbinə Pənahova)

Bollywood: Solo - Yunior1 -Xəlilova Gülnarə - Mingəçevir şəhər uşaq incəsənət məktəbinin "Banu" rəqs qrupu (Br: Mələk Tağıyeva) Solo - Yunior2 - Əhədli Fatimə - Fidan rəqs kollektivi