Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da gərginləşdirir


Siyasət 21 İyn 2021 13:36:00 129 0

Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da gərginləşdirir

Ermənistanın mina xəritələrini təqdim etməməsi Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli razılaşmanın həyata keçirilməsini ləngidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.

Bu barədə qazaxıstanlı həmkarına məlumat verdiyini deyən C.Bayramov 10 noyabr 2020-ci il razılaşması imzalanandan sonrakı dövrdə Azərbaycanda minaların partlaması nəticəsində 28 nəfər dünyasını dəyişib, 120-dən artıq insanımız yaralınb:

"Ermənistanın mina xəritələrini təqdim etməməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan bir müddət əvvəl beynəlxalq vasitəçilərin iştirakı ilə Ağdam üzrə mina xəritələrini təqdim edib. Təkcə bir rayonda minaların sayı 97 mindir və bu, mina təhlükəsinin hansı səviyyədə olduğunu göstərir".