AzərbaycanQazaxıstan hökumətlərarası komissiyanın iclası gözlənilir


Siyasət 21 İyn 2021 13:17:00 136 0

AzərbaycanQazaxıstan hökumətlərarası komissiyanın iclası gözlənilir

Yaxın gələcəkdə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə birgə mətbuat konfransında deyib.

C.Bayramovun sözlərinə görə, hazırda Azərbaycala Qazaxıstan arasında dinamik inikişaf edən münasibətlər möhkəm əsaslar üzərində qurulub.

Nazir bildirib ki, yüksək səviyyəli səfərlərin xüsusi əhəmiyyəti var və bu baxımdan Qazaxıstan xarici işlər nazirinin səfəri bu münasibətlərin inkişafında mühüm rol oynayacaq.

C.Bayramov vurğulayıb ki, hazırda qarşıda duran əsas məsələ iqtisadi sahədə pandemiyadan əvvəlki göstəriciləri bərpa etməkdir: " Tranzit əlaqələrinin dərinləşdirilməsi və bu istiqamətdə qarşılıqlı addımların atılması görüş zamanı müzakirə edilib".