Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər


Siyasət 21 İyn 2021 12:21:00 106 0

Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helqa Şmid Moskvada görüş zamanı digər məsələlərlə yanaşı, Qarabağla bağlı da müzakirə aparacaqlar.

Son.az Trend-ə istinadən bildirir ki, danışıqlar ATƏT-in hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahədəki işi ilə bağlı geniş məsələlərə həsr ediləcək.

S.Lavrov və H.Şmid eyni zamanda aktual ümumavropa problemləri, ATƏT-in cari fəaliyyəti və təşkilatın 2021-ci ilin ikinci yarısında iş planlarını müzakirə etməyi planlaşdırırlar.