Artıq işə qəbul zamanı bu tələb olunmayacaq


Digərləri 21 İyn 2021 11:09:00 120 0

Artıq işə qəbul zamanı bu tələb olunmayacaq

Sosial sığorta şəhadətnaməsi ləğv olunur. Bəs bu sənəddəki məlumatlar harda əks olunacaq və vətəndaşlar, eləcə də aidiyyatı qurum bu informasiyanı necə əldə edəcək? "XəzərXəbər" məsələni araşdırıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sosial sığorta şəhadətnaməsi ləğv olunur.

DSMF-nin  İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb.

Rəşad Mehdili bildirib ki, elektron bazada sosial sığorta  şəhadətnaməsinin  məlumatları yerləşdirilib. 

Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan "e-sosial" internet portalı  vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir.