Seyid Abbas Musəvi Qarabağın minalardan təmizlənməsindən danışdı


Siyasət 21 İyn 2021 10:27:00 119 0

Seyid Abbas Musəvi Qarabağın minalardan təmizlənməsindən danışdı

Qarabağın minalardan təmizlənməsində İranın iştirakı üçün tezliklə texniki işçi qruplar müzakirə aparacaq

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, İran şirkətləri azad olunan ərazilərin minalardan təmizlənməsində iştirak etməyə hazır olduqlarını bildiriblər:

"Tezliklə bununla əlaqədar iki ölkə arasında texniki işçi qruplar müzakirələr aparacaq. Ərazilərin minalardan təmizlənməsinə kömək göstərmək həm humanist addım, həm də qonşuluq borcudur. Hər halda İranın Səddam Hüseynin dövründə İraqla 8 il müharibəsi olub. Bu müharibədə İran çoxlu sayda təcrübə əldə edib. Bu təcrübələrdən biri də ərazilərin minalardan təmizlənməsidir. Bu sahədə İranda böyük hazırlıq var və tezliklə bu sahədə işlərə başlanılacaq".

Səfir atırladıb ki, İranın Ali lideri müharibə getdiyi vaxtda Azərbaycana aid bütün ərazilərin bu ölkəyə geri qaytarılmalı olduğunu elan edib.

Son.az