"Saçıma görə evdə sözsöhbət oldu" Ramal İsrafilov


Şou-biznes 20 İyn 2021 10:00:00 184 0

"Saçıma görə evdə sözsöhbət oldu"  Ramal İsrafilov

Müğənni-bəstəkar Ramal İsrafilov saç düzümündə etdirdiyi dəyişiklikdən danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, saçlarını ağ rəngə boyatdıran ifaçı "Özəl akustik" proqramında ailəsinin buna etiraz etdiyini bildirib:

"Evdə söz-söhbət oldu. Anam dedi ki, yaxşı deyil. Atam isə qayıtdı ki, burada nə var? Mənim saçıma oxşayır. Saçımı gündəmə gəlsin deyə işləmirəm. Geyimim gündəm olsun deyə çalışmıram. Səhnədə rahat olmalıyam. Deyirlər, gül kimi uşaq idi, sənə lazım idi? Bəli, mənə lazım idi. Siz bunu edə bilmərsiniz mən edirəm".