Üzdəki sızanaq ləkələrini təmizləyən vasitələr


Digərləri 20 İyn 2021 09:12:00 165 0

Üzdəki sızanaq ləkələrini təmizləyən vasitələr

Üzdə sızanaq olması qadınları ən çox narahat edən amillərdən biridir. Sızanaqdan sonra isə onun ləkəsi üzdən uzun müddət getmir.

Son.az axşam.az-a istinadən sizə bunun qarşısını almaq üçün sadə üsulları təqdim edir:

Xiyar:

Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir. Ona gözəlliyin açarı da demək olar. Əksər üz və saç baxımı maskalarının hazırlanmasında xiyardan istifadə olunur.

Bal:

Bal da sızanaq izlərindən xilas olmaq üçün effektli vasitələrdən biridir. Balı təmiz dəriyə tətbiq edib istədiyiniz qədər saxlayın, daha sonra su ilə yuyub qurulayın. Qısa müddətdə sızanaq izlərindən xilas olacaqsınız.

Yumurta ağı

Yumurtanın ağını bir qaba qoyun və incə qat şəklində üzə tətbiq edin. 30-45 dəqiqə gözlədikdən sonra yuyun. Qısa müddətdə izlərdən qurtulacağınızı görəcəksiniz.