Bərdə və Biləsuvarda minik avtomobilləri yanıb


Digərləri 20 İyn 2021 07:55:00 162 0

Bərdə və Biləsuvarda minik avtomobilləri yanıb

Bərdə rayonunun Otuzikilər kəndində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Biləsuvar rayonunda "ZAZ" markalı minik avtomobilinin salonu və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.