Maxaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq


Digərləri 20 İyn 2021 07:11:00 178 0

Maxaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq

Dağıstan Respublikasının paytaxtı Maxaçqala ilə Bakı arasında 4 iyul tarixindən birbaşa aviareyslər təşkil edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Bildirilir ki, "S7 Airlines" şirkəti tərəfindən həyata keçiriləcək uçuşların ilk reysi iyulun 4-ə Bakı vaxtı ilə 02:05-də nəzərdə tutulub və biletlər artıq satışdadır. Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək.

Xatırladaq ki, Rusiyadan Azərbaycana yollanan və bir yaşdan yuxarı bütün sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.