Günün qoroskopu: Səhhətinizə fikir verin


Digərləri 20 İyn 2021 00:01:00 167 0

Günün qoroskopu: Səhhətinizə fikir verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısı sakit keçəcək. Mühüm sayıla biləcək hadisələr yaşanmayacaq. İşgüzar aktivliyi ifrata çatdırmayın. Cari məsələlərin, rutin problemlərin həlli ilə məşğul ola bilərsiniz. Yaxın gələcəklə bağlı planların müzakirəsi üçün münasib zaman deyil.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanla məhsuldar əməkdaşlıq məsələlərini təhlil etməyin.

Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Maliyyə fonu uğurludur. Uğurlu anlaşma, alış-veriş mümkündür. Maraqlı tanışlıqlar olacaq. Qarşılaşdığınız insanlar arasındakı ağıllı şəxslərdən yaxşı məsləhətlər ala bilərsiniz.

Buğa - günün ilk yarısı gərgin zamandır. Yaşananlar ehtiyatlı və sərvaxt davranış tələb edir. Münaqişələr adi günlərlə müqayisədə daha sürətlə, intensiv yarana bilər. Yaxın ətrafınızdakı adamlardan birinin mənfi təsiri altına düşərək səhvlərə yol verməyin.

Alış-veriş, investisiyalar, maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil.

Günün ikinci yarısı nisbətən sakit olacaq. Vəziyyət stabilləşəcək. İşgüzar məsələləri və şəxsi problemləri daha sürətlə həll etmək olar.

Axşam saatlarında dəvət aldığınız tədbirə yollanmayın. Ailə üzvləri ilə birgə istirahətə üstünlük verin.

Əkizlər - çətinliklər istisna deyil. Narahat olmayın, problemlərin öhdəsindən gələ biləcəksiniz. Anlaşma, sövdələşmə, müqavilə üçün pis gün deyil. Uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsinə yönəlmiş addımlar atmaq olar. Rəğbət bəslədiyiniz insanların diqqətini asanlıqla cəlb edə bilərsiniz.

Günün ikinci yarısında imiclə eksperimentlər pis olmayacaq. Amma ekstravaqant görünmək istəklərində məntiqli olun.

Axşam saatları dostlarla görüş və romantik təmaslar üçün əlverişlidir. Yaşam potensialının səviyyəsi yüksəkdir. Özünüzü pis hiss etməyəcəksiniz.

Xərçəng - günün ilk yarısında yardımlara və ya uğura bel bağlamayın. Çətinliklərin öhdəsindən gələcəksiniz - amma bunun üçün səy göstərmək lazımdır. Peşəkar fəaliyyət müstəvisindəki problemlərin sayını artırmayın. Aktiv, zəhmətkeş, qətiyyətli olun.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri daha da güclənəcək. Maliyyə durumunuzu daha da yaxşılaşdıra bilərsiniz. Dəvət aldığınız tədbirə qatılın.

Axşam saatları şəxsi münasibətlər baxımından neytraldır.

Şir - müsbət təmayüllərin təsiri güclənəcək. Gün uğurludur. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Anlaşmalar və sövdələşmələr gəlir verəcək.

Alış-veriş etmək, daşınmaz əmlak və ya nəqliyyat vasitələri almaq olar. Səyahət, səfər üçün gərəkli ləvazimatı almağı unutmayın.

Günün ikinci yarısında darıxmayacaqsınız. Maraqlı işlər az deyil. Təhsil, bilik və informasiyanın artırılması, sınaqdan çıxmaq üçün yaxşı zamandır.

Qız - mühüm saydığınız işlərlə günün ilk yarısında məşğul olun. Önəmli məqamları təxirə salmayın. Əsas məsələləri ikinci dərəcəli nüanslardan ayırın. Cari işlərlə məşğul olmaqla yanaşı, perspektivə hesablanmış ünsürləri də unutmayın. İşdə nüfuzunuz artır. Həmkarlarınızla yanaşı, rəhbərlik də sizi dinləməyə hazırdır.

Günün ikinci yarısı yeni tanışlıqlar, işgüzar münasibətlərdə dəyişikliklər üçün münasib zamandır. Yaşamınızda nəyisə köklü şəkildə dəyişə bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli saydığınız vasitələrdən istifadə edin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətiniz üçün ciddi təhlükə yoxdur.

Tərəzi - mürəkkəb, qarışıq gündür. Diqqət mərkəzində olmamağa, kölgədə qalmağa çalışın. Mərkəzdə olmaq xeyirli deyil. İşdə həmkarlar və rəhbərliklə mübahisələr istisna deyil. İşgüzar mühit pisdir. Yeni iş yeri axtarışları barədə düşünə bilərsiniz.

Ancaq hisslərə qapılaraq qərar verməyin. İşdəki bütün nüansları ürəyinizə salmayın, problemləri olduqlarından böyük saymayın.