Uşağa sərbəst qidalanmağı necə öyrətmək olar?


Digərləri 19 İyn 2021 18:00:00 248 0

Uşağa sərbəst qidalanmağı necə öyrətmək olar?

Uşaqları qidalandırmaq çox zaman problemə çevrilir. Ələlxüsus da əlavə qidaların verilməsindən sonra daha çox şikayətlər eşidilir. Uşaqlar hər qidanı qəbul etmir, bəzən bütün qidalardan imtina edir. Onları əlavə qidalara alışdırmaq əziyyətli prosesə çevrilir, bu isə uzun zaman aparır.     

Bəs bu prosesi asanlaşdırmaq mümkündürmü? Bununla bağlı hansı metodlardan istifadə etmək lazımdır?

Son.az Lent.az-a istinadən bununla bağlı pediatr, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Nərmin Əzizovanın məqaləsini təqdim edir: 

BLW (Baby Led Weaning) metod nədir?

BLW metodu (özü-özünü qidalandırma) - əlavə qida başlanan uşağa özü-özünü qidalandırmağı öyrədən bir metoddur. Bu zaman nəzərə almaq lazımdır ki, uşağın özü-özünü yedizdirməsi üçün hazır olması və istəməsi vacib hal hesab olunur.

BLW metodundan istifadənin üstünlükləri nələrdir?

• Uşağınız qida qəbul etməyin necə əyləncəli və zövqverici bir hadisə olduğunu başa düşəcəkdir; • Yeməkləri və ərzaqları əlləri ilə toxunaraq kəşf edəcəkdir; • Yeməkləri dadı, qoxusu və tərkibi ilə öyrənəcəkdir; • Uşağınızın özünə inamı artacaqdır; • Ölçü, forma, ağırlıq, quruluş, toxunma kimi anlayışları bu yolla daha yaxşı öyrənə biləcəkdir; • Əl bacarıqlarını və əl-göz koordinasiyasını inkişaf etdirəcəkdir. Bu bacarıqlar sonrakı dövrdə uşağın yazmaq, şəkil çəkmək kimi incə motor hərəkətlərin yerinə yetirməsinə kömək edəcəkdir;   • Ana südü ilə qidalanan uşağınız əlavə qidaya başladığı dövürdə bu metoddan istifadə edərək çeynəmə hərəkətlərini təkmilləşdirəcəkdir;   • Uşaq ailə yeməklərində iştirak edəcəkdir və sosial mühitdə davranışları öyrənəckdir; • İştahını kontrol etməyi öyrənəckdir. Bu zaman o məcbur olduğu qədər deyil, ehtiyac hiss etdiyi qədər yeyəcəkdir; • Daha yaxşı qidalanacaqdır və sağlamlığına müsbət təsir göstərəcəkdir; • Maddi cəhətdən sərfəli metoddur. Çünki, ailə nə yeyirsə uşaq da onu yeyəcəkdir. Sadəcə olaraq bu zaman uşağın ayına uyğun olan qidaların verilməsi vacibdir.

BLW metodunun mənfi tərəfləri varmı?