Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Digərləri 19 İyn 2021 17:29:00 142 0

Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40709 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17872 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2956663, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1931642, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1025021 təşkil edir.