Asta qaçışın yeni faydaları


Digərləri 19 İyn 2021 16:40:00 144 0

Asta qaçışın yeni faydaları

Asta qaçış hər şeydən əlavə, həm də yeni növ koronavirusun müttəfiqlərindən biri sayılan piylənməyə qarşı səmərəli mübarizə üsuludur.

Coqqinq və ya asta qaçış sağlamlıq üçün ən faydalı idman növlərindən biridir. Qaçışın bu növündən çox vaxt arıqlamaq üçün, habelə ümumi sağlamlıq üçün istifadə edirlər. Bu halda qaçış sürəti saatda 7-9 kilometr olur. Sprintdən fərqli olaraq qaçışın bu növü orqanizmi çox gərginliyə salmadığı üçün demək olar ki, hər kəs asta qaçışla məşğul ola bilər. Lakin idmanın bu növündən daha yaxşı nəticələr almaq üçün müəyyən qaydaları bilmək və onlara riayət etmək lazımdır.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, asta qaçışla məşğul olduqda:

ayaq, bədən və qol əzələləri möhkəmlənir;

damarlar, oynaqlar və sümüklər qaçış zamanı yaranan gərginliyə uyğunlaşır;

orqanizm uzunmüddətli gərginliyə vərdiş edir;

ürək-damar və tənəffüs sistemləri möhkəmlənir, onlar daha səmərəli işləməyə məcbur olur;

mitoxondriyaların sayı və ölçüsü artır, nəticədə aerob üsulla enerji yaranması prosesi yaxşılaşır.

Asta qaçış həm də piylənməyə qarşı səmərəli mübarizə üsuludur. Uzunmüddətli məşqlər zərərli şlakları və maddələr mübadiləsi məhsullarını, həmçinin onlarla birlikdə artıq piyi orqanizmdən çıxarmağa kömək edir.

Arıqlamaq istəyənlərin demək olar ki, hamısına asta qaçışla məşğul olmaq məsləhət görülür.

Coqqinq həzm sisteminə müsbət təsir göstərir, əsəbləri möhkəmləndirir, yuxunu normallaşdırır, beyin hüceyrələrinin işini yaxşılaşdırır. O həm də stresslərin profilaktikası üçün yaxşı vasitədir.

Asta qaçışla məşğul olmaq üçün müəyyən qaydaları nəzərə almaq lazımdır. Bu qaydalar oynaqlara düşən gərginliyi azaltmağa və baş verə biləcək zədələrin qarşısını almağa kömək edir. Məşqlərin uğurlu olması ayaqqabının düzgün seçilməsindən başlamış, ta məşğələlərin harada keçirilməsinə qədər bir sıra amillərdən asılıdır.

Asta qaçışla məşğul olmağa başlamazdan əvvəl hökmən həkimlə məsləhətləşmək və müayinədən keçmək lazımdır. Nəzərə almalısınız ki, coqqinq nə qədər zərərsiz idman növü hesab edilsə də, onun da əks göstəriciləri var. Ona görə idmanın bu növü ilə heç də hər kəsin məşğul olmasına icazə verilmir.

Əgər sizin sağlamlıqla bağlı ciddi problemləriniz yoxdursa və həkim sizə icazə verirsə, paltar və ayaqqabı seçimi barədə düşünməlisiniz. Paltar hava şəraitinə uyğun olmalıdır. İlin isti aylarında paltar çox kip olmamalı və yüngül olmalıdır. Günəşli günlərdə baş geyiminiz gözlərinizin günəşdən qorunmasını təmin etməlidir.

Nəbziniz 1 dəqiqədə təxminən 120 dəfə vurmalıdır. Bu göstəricini nəzarətdə saxlamaq üçün sadə nəbzölçən qurğu almaq tövsiyə olunur. Nəbzinizin sayı bu göstəricidən yuxarı olduqda sürəti azaltmaq və ya adi yerişə keçmək məsləhətdir.

Münasib ayaqqabı seçilməsi çox mühüm məsələdir. Ayaq pəncəsi yerə toxunanda ona düşən gərginlik artır, dizlərə və onurğa sütununa ağrı impulsu yayılır. Buna görə də relyefli altlıq və amortizasiyaedici içliklə təchiz olunmuş keyfiyyətli idman krossovkalarından istifadə etmək lazımdır. Onlar zərbələri yumşaldır.

Yaradıcı uşaqların nəzərinə like
  • 19 İyn 16:34  
Kriminal Yaradıcı uşaqların nəzərinə

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya v

arrow Ətraflı
Uşaqlara bu oyuncağı qətiyyən almayın like
  • 19 İyn 16:30  
Digərləri Uşaqlara bu oyuncağı qətiyyən almayın

Son 1 ildə 5 uşaq təhlükəli oyuncaq sayılan rəngli şarik maqnitləri udd

arrow Ətraflı
"Fantaziyanı biç, çantaya çevir" müsabiqəsinin bağlanış mərasimi keçirilib  FOTO like
  • 19 İyn 16:24  
Kriminal "Fantaziyanı biç, çantaya çevir" müsabiqəsinin bağlanış mərasimi keçirilib FOTO

Worldskills Azerbaijan platformasının təşkilatçılığı ilə 14-25 yaşlı

arrow Ətraflı
Cənubi Qafqazdakı sülh və real əməkdaşlıq imkanları müzakirə olunub  FOTO like
  • 19 İyn 16:14  
Siyasət Cənubi Qafqazdakı sülh və real əməkdaşlıq imkanları müzakirə olunub FOTO

Antalya Diplomatiya Forumunda "Cənubi Qafqaz: regional sülh və əməkda

arrow Ətraflı
Xroniki yorğunluq sindromu nədir? like
  • 19 İyn 16:10  
Digərləri Xroniki yorğunluq sindromu nədir?

Mövsümdən asılı olmayaraq, bəzilərimiz üçün günlər sanki kürəyind

arrow Ətraflı
Putin İbrahim Rəisini təbrik etdi like
  • 19 İyn 16:04  
Dünya Putin İbrahim Rəisini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin İranda məhkəmə hakimiyyətinin rəhbəri İ

arrow Ətraflı
Göz altındakı ləkələrə səbəb olan amillər bunlardır like
  • 19 İyn 16:00  
Digərləri Göz altındakı ləkələrə səbəb olan amillər bunlardır

Görünüşə pis təsir edən göz altındakı ləkələr hər kəsi narahat ed

arrow Ətraflı
İnsanlar istirahət üçün rayonlara üz tutur like
  • 19 İyn 15:54  
Digərləri İnsanlar istirahət üçün rayonlara üz tutur

Artıq orta məktəblərdə dərslər bitib. Dərs günləri bitdikdən sonra ai

arrow Ətraflı
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək like
  • 19 İyn 15:44  
Siyasət Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qam

arrow Ətraflı
Diqqət yetirməli olduğunuz əsas məqam like
  • 19 İyn 15:40  
Digərləri Diqqət yetirməli olduğunuz əsas məqam

Diqqət yetirməli olduğunuz əsas məqam bananı soyarkən qabığını təzə

arrow Ətraflı
13 restoran və kafedə kobud pozuntular aşkarlandı like
  • 19 İyn 15:34  
Digərləri 13 restoran və kafedə kobud pozuntular aşkarlandı

2021-ci il iyunun 18-də ölkə üzrə 442 ictimai iaşə obyektində 795 monito

arrow Ətraflı
Futbolçunun qətli ilə bağlı qandonduran etiraf like
  • 19 İyn 15:30  
Digərləri Futbolçunun qətli ilə bağlı qandonduran etiraf

2018-ci ildə vəhşicəsinə qətlə yetirilən Braziliyanın "San Paulo&q

arrow Ətraflı
ABŞın sanksiya tətbiq etdiyi yeni Prezident kimdir? like
  • 19 İyn 15:27  
Dünya ABŞın sanksiya tətbiq etdiyi yeni Prezident kimdir?

Xəbər verdiyimiz kimi, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi İ

arrow Ətraflı
SSRİdə yay istirahəti like
  • 19 İyn 15:20  
Digərləri SSRİdə yay istirahəti

Son.az Kulis.az-a istinadən sovet insanlarının istirahət fotolarını təqdi

arrow Ətraflı