Diqqət yetirməli olduğunuz əsas məqam


Digərləri 19 İyn 2021 15:40:00 143 0

Diqqət yetirməli olduğunuz əsas məqam

Diqqət yetirməli olduğunuz əsas məqam bananı soyarkən qabığını təzə halda istifadə etməkdir. Saxlanılmış banan qabığını istifadə etmək sizin üçün faydalı olmayacaqdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, banan qabığının yumşaq iç tərəfi ilə dişləri 2 dəqiqədən az olmamaq şərti ilə təmizləmək diş minasını gücləndirir. Banan qabığının tərkibində fosfor, maqnezium, kalsium, manqan, kalium kimi dişlər üçün olduqca faydalı minerallar vardır. Bu minerallar diş minasını güclü şəkildə parıldatma xüsusiyyətinə malikdir. Gün ərzində 1-2 dəfə bu proseduru təkrarlamaq lazımdır.

Banan qabığından akademik Boris Vasilyeviç Bolotovun metodu əsasında müalicəvi kvas hazırlamaq olar. Qazlı içkinin tərkibində olan triptofan maddəsi toksinlərin aradan qaldırılmasında və orqanizmin təmizlənməsində effektiv təsir göstərir. Kvasın bəzi növlərindən xroniki və kəskin xəstəliklərin, həmçinin onkoloji xəstəliklərin profilaktikası və müalicəsində istifadə etmək olar. Banan kvası gözəl şəkildə susuzluğu aradan qaldırır və tərkibindəki kalori minimum dərəcədədir. Bu, tez arıqlamaq və ya ideal bədən quruluşunu qorumaq istəyən insanlar üçün olduqca önəmlidir.

Yaraların tez bir zamanda sağalmasını təmin edən yağ və fermentlər sayəsində banan qabığı sıyrıqlar, cızıqlar və günəş yanıqları, həşərat sancması kimi dəri zədələnmələrinin də sağalmasına kömək olur. Bunun üçün banan qabığının yumşaq tərəfini yaranın, yanığın və həşərat dişləyən yerin üzərinə qoyaraq plastrla bərkitmək və ya onunla dərinin zədələnmiş hissəsini silmək kifayətdir. Bu proseduru dərinin zədələnmiş hissəsi tam şəkildə sağalana qədər hər gün davam etdirmək məsləhət görülür.

Banan qabığı gümüşü mükəmməl şəkildə ağardır. Qabığı az miqdarda suda əzin. Bu məcunla qaşıq və çəngəlləri, gümüş aksessuarları sürtün. Necə ağardığını görəcəksiniz.

Banan qabığının tərkibində təbii yağlardan başqa həm də mum var. Həmçinin siz ayaqqabı kremi əvəzinə onu istifadə edə bilərsiniz. Öz sevimli ayaqqabınızı qabıqla ovuşdurun, sonra isə adi üsulla onları cilalayın.

Banan qabığının tərkibində azot, maqnezium, fosfor, kalsium, kalium kimi maddələr bitkilərin keyfiyyətli artımı üçün faydalıdır. Bunu üçün banan qabığnı kiçik hissələrə bölmək və bitkinin dibinə qoyaraq üzərinə torpaq tökmək lazımdır. Bu yolla parçalanma prosesində torpağa qidalandırıcı maddələr daxil olacaq. Banan qabığını torpağa gübrə ilə birlikdə də qoymaq olar. Otaq güllərini banan qabığı ilə gübrələmək üçün qabığı sobada və ya təbii yolla qurutmaq, sonra qurumuş halda xırdalamaq, ən yaxşısı toz halında əzmək və bitkinin olduğu torpaqla qarışdırmaq lazımdır. Təzə banan qabığının yumşaq hissəsi ilə güllərin yarpaqlarını silmək, bununla da onları çirklənmədən qorumaq, qidalandırmaq və parlaqlıqlarını bərpa etmək mümkündür.