13 restoran və kafedə kobud pozuntular aşkarlandı


Digərləri 19 İyn 2021 15:34:00 170 0

13 restoran və kafedə kobud pozuntular aşkarlandı

2021-ci il iyunun 18-də ölkə üzrə 442 ictimai iaşə obyektində 795 monitorinq keçirilib. 13 restoran və kafedə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Son.az-a verilən məlumata görə, monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun 3 ünvanında yerləşən, hüquqi şəxs "BIG İDEA" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Vintage Gastro" kafesi;

2. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva 3 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Rahim Rabil oğluna məxsus "Köz plus" kafesi;

3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran;

4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Şüvəlan yolunda yerləşən, fiziki şəxs Kərimov Qadir Vəli oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nizami ‎ rayonu, Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Çopurov Elvin Araslan oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nizami ‎rayonu, Qara Qarayev 103 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Ayaz Niyaz oğluna məxsus "Buğda" kafesi;

7. Bakı şəhəri, Yasamal ‎ rayonu, İzmir 27E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus "Pizza Bruno" restoranı;