İmmunitetinizi bunlarla güclü saxlayın


Digərləri 19 İyn 2021 14:40:00 153 0

İmmunitetinizi bunlarla güclü saxlayın

Son iki ilin ən çox yayılan və qorxulan xəstəliyi koronavirus hələ də sürətlə yayılır. Bundan qorunmaq üçün ilk növbədə immuniteti yüksək saxlamaq mütləqdir.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, immuniteti qorumaq üçün vitaminlərdən çox istifadə etmək lazımdır.

İmmuniteti gücləndirmək üçün tərkibində A cə C vitamini olan kök,brokolli, balqabaq, göyərtilər, lobya yeyilməlidir. Mövsümə uyğun meyvələr gündəlik qida rasionunda yer almalıdır.

E vitamini soyuqdəymə zamanı bədənin müqavimətini artırır. Quru meyvələrin, çərəzlərin tərkibində E vitamini bol olur.