Fizulidə 3 avtomobil toqquşub,
Digərləri 19 İyn 2021 13:39:00 166 0
Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Millli.Az-a verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi "QAZel", Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi "VAZ-21154" və V.Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Mənbə: milli.az