Niderlandda məktəb binası uçub


Dünya 19 İyn 2021 13:24:00 213 0

Niderlandda məktəb binası uçub

Niderlandda məktəb binası uçub.

Son.az APA-ya istinadən bildirir ki, Antverpen şəhərində ibtidai məktəb binasının uçması nəticəsində dağıntılar altında qalan 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hazırda axtarış-xilasetmə işləri aparılır. "Belga" agentliyi 5 nəfərin taleyinin naməlum olduğunu yazıb.

Hadisə məktəbdə təmir işləri aparılarkən baş verib. Xəsarət alanların hamısı təmir xidmətinin əməkdaşlarıdır.