Ermənistanda son sutka ərzində koronavirusa 81 nəfər yoluxub


Dünya 19 İyn 2021 12:39:00 135 0

Ermənistanda son sutka ərzində koronavirusa 81 nəfər yoluxub

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 81 yoluxma halı qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224167-yə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4496-ya çatıb.