Gürcüstanda ötən sutka koronavirusdan 17 nəfər ölüb


Dünya 19 İyn 2021 12:19:00 190 0

Gürcüstanda ötən sutka koronavirusdan 17 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 769 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 358 360, ölənlərin sayı isə 5 148 nəfərə çatıb. Virusa yoluxanlardan 343 837 nəfərin sağaldığı bildirilir.