Cərrahi yolla hamiləlikdən qorunma


Digərləri 19 İyn 2021 08:05:00 158 0

Cərrahi yolla hamiləlikdən qorunma

Bu könüllü qadın və kişi sterilizasiyası deməkdir. Bunlar təsiri geri dönməyən, yəni daimi olan üsullara aiddir. Qadın sterilizasiyası - uşaqlıq borularının keçiriciliyinin pozulması (kəsilməsi, tikilməsi) ilə həyata keçirilir və nəticədə mayalanma mümkün olmur. Bu əməliyyat minilaparotomiya və ya laparoskopiya üsulu ilə aparılır. Kişi sterilizasiyası - vazektomiya. Əməliyyat zamanı xayalıq dərisində kiçik kəsik və ya punksiya vasitəsilə toxumdaşıyıcı axarlar kəsilir və bağlanır. Beləliklə, spermatozoidlərin toxum mayesinə düşməsinin qarşısı alınır. Əməliyyatdan sonra 3 ay ərzində toxumda spermatozoidlər aşkar oluna bilər, ona görə də 3 ay ərzində əlavə kontrasepsiya üsulundan istifadə etmək lazım gəlir.