Kişi qarın ağrısıyla ayaqyoluna girdi, qucağında uşaqla çıxdı FOTO


Digərləri 18 İyn 2021 22:30:00 158 0

Kişi qarın ağrısıyla ayaqyoluna girdi, qucağında uşaqla çıxdı  FOTO

Nino adlı ABŞ sakininin başına maraqlı hadisə gəlib: axşam vaxtı qəfildən qarnında dəhşətli ağrı hiss etdikdən bir neçə dəqiqə sonra övlad dünyaya gətirib.

Son.az big.az-a istinadən bildirir ki, məsələ burasındadır ki, Nino illər öncə cinsiyyətini dəyişərək kişi olub, onun həyat yoldaşı isə, əksinə, qadına çevrilib.

Beləliklə, yeni doğulan uşağın anası atadır, atası isə ana.

Nino 18 yaşında cinsiyyətini dəyişərək hormonal dərmanlar sayəsində "kişiləşib". Bir müddət sonra o, oxşar hekayəsi olan 22 yaşlı Coslinlə tanış olub.

Onlar uzun müddət birlikdə yaşasalar da, övlad haqqında düşünməyiblər. Bir il öncə baş verən hadisə isə cütlüyün həyatını tamamilə dəyişib.