Özbəkistanda VIII əsrə aid Quran kitabı bərpa olunub FOTO
Dünya 18 İyn 2021 22:10:00 141 0
Özbəkistanın Mədəniyyət Nazirliyi yanında Mədəniyyətin və İncəsənətin İnkişafı Fondu ən qədim Quran əlyazmalarından olan, VIII əsrə aid Katta Langar Quranının bərpasını həyata keçirib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, restavrasiya işinə Fransanın Luvr Muzeyinin mütəxəssisləri Aureliya Streri və Aksel Delau cəlb olunub.
Bərpa prosesi üç mərhələdə aparılıb. Birinci mərhələ 2019-cu ilin noyabrında, ikinci 2020-ci ilin fevralında, sonuncu bu ilin may ayında olub.
VIII əsrə aid Quran kitabı uzun müddət Qaşqadərya vilayətinin Kamaşin rayonundakı Langar-ota məscidində saxlanılıb.
Mənbə: milli.az