Ailə dramı Qız ögey atası ilə qoşulub qaçdı, ana isə...


Dünya 18 İyn 2021 15:36:00 157 0

Ailə dramı  Qız ögey atası ilə qoşulub qaçdı, ana isə...

Türkiyənin Mersin şəhərində  Hatice Daver adlı qadın iki övladını bıçaqlayıb və sonra intihara cəhd edib. 

Son.az "bizim.media"ya istinadən xəbər verir ki,xəsarət alan iki uşaq qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb. Məlumata görə, 38 yaşlı Daver ilk evliliyindən iki övlad dünyaya gətirib. Boşandıqdan bir müddət sonra  isə Uğur.H adlı şəxslə yaşayıb. Uğur-dan isə bir uşağı olub. Bir müddət sonra onun 18 yaşlı qızı G.D və hazırki həyat yoldaşı yoxa çıxıb. Daver dəvət olunduğu televiziya proqramında bildirib ki, 18 yaşlı qızı ögey atasına qoşulub qaçıb və onunla ailə qurub.