“Anadolu Qartalı 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub FOTO


Digərləri 18 İyn 2021 15:12:00 193 0

“Anadolu Qartalı  2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub  FOTO

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, gedişi və mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.

"Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.