Dünyanın ən zəngin adamları açıqlanıb


Dünya 18 İyn 2021 14:52:00 185 0

Dünyanın ən zəngin adamları açıqlanıb

"Forbes" jurnalı dünyanın ən zəngin insanlarının reytinqini dərc edib.

Son.az APA-ya istinadən bildirir ki, siyahının ilk pilləsində sərvəti 200,7 mlrd. ABŞ dolları təşkil edən "Amazon"un təsisçisi Ceff Bezos qərarlaşıb.

Reytinqin ilk beşliyinə Bernar Arno (LVMH, 200,4 mlrd. dollar), İlon Mask ("Tesla" və "SpaceX", 154,6 mlrd. dollar), Bill Qeyts ("Microsoft", 125,9 mlrd. dollar) və

Mark Zukerberq ("Facebook", 121,9 mlrd. dollar) daxil olub.