Samsung televizorlarında yenilik


Digərləri 18 İyn 2021 14:15:00 217 0

Samsung televizorlarında yenilik

Tap View və Multi View nədir?

Yeni funksiyaların necə işlədiyini daha aydın başa düşmək üçün, ilk öncə onların adlarına diqqət yetirmək lazımdır. Belə ki, "Tap" - İngilis sözü olub, "toxundur" mənasını ifadə edir, " Multi " isə "çox" deməkdir. Beləliklə, telefondan hər hansı bir məzmunu birbaşa böyük ekranda tez və rahat bir şəkildə izləmək üçün yeni Samsung TV-lərin korpusunun küncünə smartfonla sadəcə toxunmaq kifayətdir. Tap View smartfonunuzun məzmununu televizorunuzda əks etdirməyə imkan verir, Multi View isə  ekranın bir neçə hissəyə bölünməsi üsulu ilə eyni anda bir neçə məzmunu seyr etmək üçün sonsuz imkanlar yaradır. Bağlantı tamamilə "sərbəstdir", Bluetooth vasitəsilə cihazların sinxronizasiyası tələb olunmur, eyni Wi-Fi şəbəkəsinə də ehtiyac yoxdur, tək tələb - smartfonda NFC-nin olmasıdır. Qeyd olunan funksiyalar yalnız şəkillərin və video məzmununun göstərilməsi üçün deyil, həm də səs təminatının və onlayn ünsiyyətin dəstəklənməsi üçün nəzərdə tutulub. Buna misal olaraq, Tap Sound ilə, Samsung TV-də quraşdırılmış səs gücləndiriciləri vasitəsilə musiqi yayımlaya bilərsiniz.

Bu yeniliklər sayəsində səs məzmununu yüksək keyfiyyətdə dinləyə və hətta futbolu birlikdə izləmək üçün azarkeş axşamı təşkil edə bilərsiniz. Tribunaların səs-küyü, şərhçi replikaları və futbol topunun səsi daxil olmaqla, evinizdən çıxmadan stadiondakı kimi dolğun həcmli səsləndirmədən zövq ala bilərsiniz.

Yeni funksiyalar necə işləyir?

Tap View və Multi View-un əsas üstünlüklərindən biri onların aktivləşdirilməsinin çətin proses olmamasıdır. Belə ki, indi bir neçə proqram yükləmək, internetdə bütün forum və çatları incələmək və cihazın istifadə təlimatını vərəq-vərəq oxunmaq tələb olunmur, asan qoşulma, rahatlıqla aktivləşdirilir:

Telefonunuzda SmartThings mobil tətbiqini açın, sonra menyu bölməsinə keçid alın (üç üfüqi xətt). "Parametrlər" bölməsini seçərək, Tap View menyusunu tapıb, onu aktiv edin. Telefonunuzu TV-yə yaxınlaşdırın və displey üzərində aktivləşən "Telefonun mövcudluğunun aşkarlanmasına icazə ver" bildirişinə basın.

Və budur, smartfonunuzun televizora bağlantısı icra olunmuşdur.

Çox pəncərəli baxış rejimi - Multi View.

Smartfonun televizora bağlantısından maksimum yararlanmaq istəyənlər üçün Samsung Multi View rejimini təqdim edir. Qeyd edilən funksiya sayəsində cihazınızda olan məzmunu əks etdirməklə yanaşı, televizorun bütün xüsusiyyətlərindən istifadə edə biləcəksiniz. Belə ki, smartfonda yer alan bütün fayllar televizorda baxdığınız məzmunla birlikdə səliqəli şəkildə əks olunacaq. Sevdiyiniz filmlərə baxaraq, onları böyük ekranda messenger vasitəsi ilə müzakirə edin. Əlavə olaraq, Samsung TV daha dolğun istifadəçi təcrübəsini təmin etmək üçün sinxronlaşdırılmış məzmunu bir neçə baxış formatında təqdim edir. Multi View funksiyası ilə futbol matçını birlikdə izləmək daha əyləncəli olacaq!  Harada olursunuz olun, bir-birinizdən nə qədər uzaq olursunuz olun, həmişə birlikdə əla bir oyundan zövq ala bilərcəksiniz. Bir ekranda, futbol izləyin, vacib məqamları müzakirə edin, qələbə sevincini bölüşün və oyunu diskussiya edin. İndi, səbirsizliklə gözlədiyiniz "Qoool" sözünü eşitdiyiniz zaman, dostunuzun üzündəki ifadəni qaçırmayın.

Ruhunuzu oxşayacaq yeniliklər.

Yeni televizorlarında Samsung, müasir həyat tərzinin tələbatını özündə əks etdirən cihazla yanaşı, həm də televizorda ifadə olunan məzmunu fərdiləşdirməyə imkan yaradan bir ekran təqdim etmişdir. Belə ki, Music Wall və My Album sayəsində televizor artıq əhval-ruhiyyənizi hiss edir və istəklərinizə uyğunlaşır. Music Wall, dinlədiyiniz musiqini vizuallaşdırmağa kömək edir. Bəli düz eşitdiniz, indi musiqini "görmək" mümkündür. Smartfondan musiqi səsləndirərkən Bluetooth-a qoşulduqda, funksiya televizor ekranında səs məzmununu əks etdirən vizual bir spektr yaradır.

My Album isə, öz növbəsində, fotoşəkilləri böyük ekrana yükləməyi və nümayiş etdirməyi daha asan və sadə edir. Bunun üçün sadəcə, qalereyaya daxil olun, ekranda göstərmək istədiyiniz şəkilləri seçin, "Paylaş" düyməsini basın və "Görüntüləri TV-də göstər" variantını seçin.

Samsung məhsulları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.