"Rusiya dağılmaq üzrədir, yoluxma sayı kəskin artıb" Bilal Əliyev


Şou-biznes 18 İyn 2021 03:00:00 153 0

"Rusiya dağılmaq üzrədir, yoluxma sayı kəskin artıb"  Bilal Əliyev

Artıq dünyanın bir çox ölkəsində toyların keçirilməsinə icazə verilir. Bəzi ölkələr də bu icazələrin verilməsi üçün müəyyən təkliflər planı, layihələr hazırlayırlar.

Azərbaycanda isə bir ildən çoxdur ki, toyların keçirilməsi qadağan edilib, şadlıq evlərinin fəaliyyəti tamamilə iflic olub.

Bu üzdən çörəyi toydan çıxan insanlar işsizdir. Onlardan ən çox tanınanları isə müğənnilərdir. Onlar tezliklə toyların açılmasını tələb edir, mövcud vəziyyətdən gileylənirlər.

Son.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev isə həmkarlarından bir qədər fərqli düşünür. Müğənni hesab edir ki, toyların keçirilməsinə icazə verilməsi xəstəlik sayına təsir edəcək: 

"Əgər toylara hələ də icazə yoxdursa, deməli məsləhət deyil, insanlar yenidən yoluxa bilərlər, xəstəlik sayı yenidən arta bilər. Bilirsiniz, bəzən tamah insanları elə yerə aparıb çıxarır ki, heç ağlınıza da gəlməz. Ağıllı insanlar bir tikə çörəyi duza batırıb yeyər ki, təki belə şəraitdə xəstəlik yaymasınlar. Ona görə biz bir müddət də səbr etməliyik. Gözləyək, nə vaxt məsləhət bilinərsə, onda toylar keçirilər".