Seda Ərbillə bağlı sözlərinə aydınlıq gətirdi


Şou-biznes 18 İyn 2021 02:30:00 126 0

Seda Ərbillə bağlı sözlərinə aydınlıq gətirdi

Müğənni Seda Sayan şoumen Mehmet Ali Ərbil haqqında dedikləri ilə bağlı növbəti açıqlamasını edib.

Son.az türk mediasına istinadən xəbər verir ki, daha əvvəl Ərbilin evinde çalışan bir qadına təcavüz etdiyini iddia edən Seda yanlış sözlər dediyini bildirib.

"Ünvanıma deyilən ağır təhqirlərdən sonra əsəbi halda təcavüz sözünü dilimə gətirdim. Böhtan deyil, yanlış açıqlamadır" deyə, müğənni açıqlamasını təkzib edib. 

Qeyd edək ki, onlar arasında qalmaqal Ərbilin Tolga Yücenin "Keçmişi bir az daha təmiz olsaydı iftar proqramı da aparardı. Halal olsun, telekanallar reytinq verməyən bu qadını hələ də işlədir" sözlərindən sonra başlayıb. Şoumen daha sonra bu açıqlamanı verməsinin səbəbinin Sayanın 2 ildir onu itirib-axtarmaması olduğunu deyib.

Sayan isə onu evində çalışan qadına təcavüz etməkdə günahlandırıb.