Xatirə İslamdan SƏRT SÖZLƏR: aparıcı Mətanətlə QALMAQAL


Şou-biznes 17 İyn 2021 12:44:00 134 0

Xatirə İslamdan SƏRT SÖZLƏR: aparıcı Mətanətlə QALMAQAL

Aparıcı Mətanət Əliverdiyevanın verilişində müğənni Xatirə İslamın xına məclisi təşkil etməsi haqda dedikləri qarşı tərəfi əsəbiləşdirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı məsələ ilə bağlı açıqlama yayıb. Xatirə bildirib ki, artıq xına məclisləri təşkil etmir:

"Xına tərtibat işi ilə məşğul olmuram, ancaq oxuyuram. Bu qiymətlər də haradan idi bilmirəm. Gülünc idi. Mətanət xanım, bunu sizə zəng də edib deyə bilərdim. Amma efirdən dediyiniz üçün, mən də buradan açıqlama verirəm. Narahat olan qızlarımız da, zəng edib soruşur.

Bütün verilişlərin aparıcılarına üzümü tutub deyirəm: əzizlərim, dostlarım, mənim olmadığım yerdə adımı çəkməyin. Bunu sizdən dönə-dönə rica edirəm. Gəlin aramızda olan hörmət uzunömürlü olsun. Məni dəvət edəndə gəlmirəmsə, kim nə istədi danışmalıdır? Bəs peşəkarlıq, illərin salamı? Mətanət xanımı çox sevirəm, yatsam yuxuma girməzdi ki, nəyisə araşdırmadan açıqlama verə. Xına tərtibatı etmirəm, buna zamanım çatmır. Ona görə də lazım olanda biz də başqa yerə müraciət edirik. Hər kəsə işində uğurlar arzu edirəm, o iş zəhmət, vaxt tələb edir".

Qeyd edək ki, M.Əliverdiyeva aparıcısı olduğu "6/8 axşam şousu"nda Xatirənin xına məclisi təşkil etdiyini və buna görə 1000-5000 arası qonorar istədiyini deyib.